Qırmızıgül

2011-ci ildə Azərbaycan Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yaradılmışdır.. Qılçıqları qısa, dağınıq və tüklüdür. Sortun dəni xırda, forması yarım-yumurtavari, rəngi qırmızı, şırımın xarakteri dayaz, qayəsi tüklüdür. Potensial məhsuldarlığı 7,0-8,0 ton/ha-dır. İstehsalının başlıca məqsədi çörək məmulatları istehsalı üçün ərzaqlıq dən alınmasıdır. Dənin tökülməsinə, sarı pasa və sürmə xəstəliklərinə qarşı davamlıdır. Qılçıqları qısadır. Suvarma şəraitinə daha uyğundur. Suvarma şəraitində optimal müddətdə əkilməsi tövsiyə edilir. 

Vegetasiya müddəti 225 gün
Bitkinin hündürlüyü 78-84 sm
Məhsuldarlıq  6.76 ton/ ha
Potensial məhsuldarlıq 7-8 ton/ ha
1000 dənin kütləsi 40-46 qram
Səpin norması

4.5-5 milyon cücərən toxum/ha suvarmada

4-4.5 milyon dəmyədə və dağətəyi


Davamlılıq

Qışa davamlılıq yüksək
Qonur pas orta
Sürmə yüksək
Sarı pas yüksək