Oidium xəstəliyi

*Göbələk xəstəliyi

Törədədiciləri

 Adətən mitsel şəklində yoluxmuş zoğların tumurcuqlarında qışlayır. Törədici cavan zoğlarda inkişaf edərək konidilər əmələ gətirir. Konidilər suyun köməyi olmadan cücərir və bitkinin bütün yaşıl hissələrini yoluxdura bilir. Bir neçə gün ərzində ağ örtük görünür. Konidilər külək vasitəsilə bitkinin yeni yaşıl hissələrinə yayılır, yeni yoluxma baş verir və bu sikl bir neçə dəfə təkrar olunur.

Əlamətləri

Yarpağın hər iki tərəfində ağ unlu örtük əmələ gəlir. Bu örtük yayın sonuna yaxın bozumtul-qonur rəng alır. Mildiuda müşahidə olunan “yağlı ləkələr” olmur. Ağ unlu örtük gilələrin də üzərində olur. Gilənin qabığı çatlayır və çəyirdəklər görünür. Bitkinin zoğları da tünd-boz və tünd-bənövşəyi rəng alır.

İnkişaf dövrü

Yağmursuz və isti yazda 3-6 yarpaq fazasında xəstəliyin ilk əlamətləri görünür və ilk konidilər yaranır. Yüksək temperatur konidilərin inkişafını sürətləndirir, aşağı temperatur isə xəstəliyin inkişafını zəiflədir. Çiçəkləməyə qədər olan iqlim şəraiti xəstəlik törədicinin çoxalmasını qabaqcadan müəyyən edir. Quru və isti iqlim şəraitində əmələ gələn xəstəlik əksər hallarda epifitotiyaya səbəb olur.

Nəzarət və mübarizə tədbirləri

İlkin əlamətlərin əmələ gəlməsindən öncə dərmanlama çox vacibdir.  Birinci dərmanlama adətən erkən yazda açmış tumurcuqlarda törədicinin ilk əlaməti müşahidə edildikdə aparılır ki, bu da 2-3 yarpaq fazasına təsadüf edir.  Çiçəklər infeksiyaya çox asan yoluxur. Ona görə də çiçəkləmədən əvvəl dərmanlamaya başlayıb gilə tam formalaşana qədər davam etdirmək vacibdir. Iqlim-torpaq şəraitindən və sortun bioloji xüsusiyyətlərindən asılı olaraq, vegetasiya dövründə mildir xəstəliyə qarşı tənəklərdə 4-6 dəfə bəzən daha çox müalicə aparılmalıdır və tənəklərdə çiçəkləmə başlayana kimi mütləq bir dəfə çiləmə aparılmalıdır. Təcrübə göstərir ki, qeyri-sabit hava şəraitində nəinki, tənəyin yarpaqları, həmçinin açılmamış çiçək topacıqları da mildiu xəstəliyinə tutulur, nəticədə çiçək topacıqları açılmır və qaralıb tökülür. Odur ki, çiçəkləmə dövründə mildiuya qarşı göydaş məhlulu ilə çiləmə aparılmalıdır.

Bu zərərvericiyə qarşı preparat:

ANTALİA 250 EC

ANTALİA 250 EC fungisidi Türkiyənin pestisid istehsalında  ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yüksək texnologiyalarla ISO (Beynəlxalq Standartlaşdırma T

Məhsulu gör