Monolioz

*Göbələk xəstəliyi

  • Törədiciləri

Xəstəlik Monilinia fructigena cinsinə aid göbələkdir. Monolioz almanın meyvələrini vegetasiya dövründə və uzunmüddətli saxlama zamanı yoluxdurur. Yoluxma əsasən meyvənin mexaniki zədələnmiş hissələrindən keçir.

  • Əlamətləri

Xəstəlik meyvənin üzərində qonur ləkənin əmələ gəlməsi ilə başlayır və bir neçə gün ərzində bütün meyvəni əhatə edə bilir. Bu ləkələrin üzərində ağ və ya da krem rəngli həlqəvi kif yaranır. Monoliozun digər forması, monilial yanıq, yoluxmuş çiçəklərin qonurlaşması və quruması ilə müşahidə edilir. Çiçəklər və yarpaqlar tökülür, quruyur və "yanmış" bir görünüş verir. Xəstə olan budaqların ucları ümumiyyətlə quruyub əyilir. Daha qalın budaqlarda yarpaqlar və çiçəklər solmaz, ancaq qabıqda tədricən çatlar yaranır.

  • İnkişaf dövrü

Qışı çox qarlı və yazı isə rütubətli, soyuq və uzun olan illərdə monilial yanığın daha güclü və geniş yayılmasını gözləmək olar.

  • Nəzarət və mübarizə tədbirləri

Müalicələr meyvələri toplamadan 21 və 7 gün əvvəl edilməlidir. Monilial yanmaya qarşı  ən səmərəli profilaktik müalicə, erkən yazda yaşıl  çiçəklənmə dövrünə qədər fungisidlərin tətbiqidir. ilə müalicələr bağda və saxlama zamanı meyvə çürüklərinin qarşısını almaq üçün xüsusi əhəmiyyət kəsb edir .

Bu zərərvericiyə qarşı preparat:

BLUEMAX BORDOLEX

BLUEMAX BORDOLEX fungisidi Türkiyənin pestisid istehsalında  ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yüksək texnologiyalarla ISO (Beynəlxalq Standartlaşdırma

Məhsulu gör