Gaudio

Gaudio Avstriya mənşəli buğda sortudur. Azərbaycanın Samux və Ceyrançöl ərazilərinin torpaq-iqlim şəraitində orta tezyetişən, alçaqboylu, yerə yatmayan sortdur.
Qışa yüksək, quraqlığa isə orta davamlılığı ilə xarakterizə olunur. Suvarma şəraitində yüksək məhsuldar intensiv tipli sort hesab edilir.
2020-ci ildə 260 hektar elit sahəsindən orta məhsuldarlıq 6,63 ton/ha olmuşdur.
Qılçıqlıdır. Həm suvarmada həm də dəmyədə əkilə bilər. Səpin vaxtına riayət etmək mütləqdir! (ən gec oktyabrın 20-ə qədər)
Toxumlar Dividend Star ( 30g/Ldifenoconazole + 6.3g/Lcyproconazole) preparatı ilə dərmanlanmışdır.

Yetişmə qrupu Orta tez yetişən
Vegetasiya müddəti 220-230 gün
Bitkinin hündürlüyü 85-90 sm
Məhsuldarlıq (Samux-Ceyrançöl iqlimi) 6.63 ton/ ha
Potensial məhsuldarlıq 10-12 ton/ ha
1000 dənin kütləsi 38-45 qram
Səpin norması 4-4.2 milyon cücərən toxum/ha


Davamlılıq

Qışa davamlılıq yüksək
Quraqlığa davamlılıq orta
Yerə yatmaya yüksək
Dənin tökülməsi yüksək
Qonur pas yüksək
Fuzarioz orta
Əkin vaxtı Payız əkinləri