Zirə qəsəbəsində yerləşən meyvə bağlarına baxış keçirilib

3 June 2022

Buta Group şirkətinin bir qrup mütəxəssisləri, Bakının Zirə qəsəbəsində yerləşən 115 hektar meyvə bağlarına baxış keçirmişdir. Baxış zamanı məlum olub ki, meyvə bağlarında düzgün agrotexniki qulluq və  bitki mühafizə vasitələrindən istifadə olunmayıb.

Nəticədə isə şaftalı bitkisində yarpaq qıvrılması(Taphrina spp.) müşahidə olunur. Əlavə olaraq, ağacda Taphrina deformans və yeni yaranmış zoğların siraət etməsi aydın görünür. Həmin ağaclarda bakterial xəstəliklərin olması meyvələrin inkişafı və böyüməsinə mənfi təsir göstərmişdir. 

Meyvə bağlarında bitkilərin düzgün inkişafı və qulluğu üçün ASTRANOVA şirkətinin meyvə proqramı tərtib olunmuşdur. Meyvə bağlarında bu situasiyanın qarşısını almaq üçün bizimlə sosial şəbəkələr vasitəsilə əlaqə saxlaya bilərsiniz. 

 

BİZƏ ABUNƏ OLUN

Sizi maraqlandıran mövzuları seçin